BDYPİ-nin şöbə rəisi: "Ələt-Astara yolunda zərurət olan yerlər xüsusi texniki vasitələrlə təchiz ediləcək"

BDYPİ-nin şöbə rəisi: "Ələt-Astara yolunda zərurət olan yerlər xüsusi texniki vasitələrlə təchiz ediləcək" Yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biri də yüksək sürətdir. Belə hadislərin qarşısının alınması üçün yollarda quraşdırılan sürətölçən radar və digər elektron cihazlar həm də profilaktik rola malikdir. Sürücülər radara düşməmək, cərimə olunmamaq üçün sürət həddini aşmamağa çalışırlar.
Hadisə
19 Avqust , 2019 18:19
BDYPİ-nin şöbə rəisi: Ələt-Astara yolunda zərurət olan yerlər xüsusi texniki vasitələrlə təchiz ediləcək
Report

Yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biri də yüksək sürətdir. Belə hadislərin qarşısının alınması üçün yollarda quraşdırılan sürətölçən radar və digər elektron cihazlar həm də profilaktik rola malikdir. Sürücülər radara düşməmək, cərimə olunmamaq üçün sürət həddini aşmamağa çalışırlar.

"Report"a müraciət edən sürücülər bildiriblər ki, Ələt-Atara yolunun Biləsuvar rayonundan Astaraya qədər olan hissəsində radar cihazları quraşdırılmayıb. Bu isə sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur ki, nəticədə həm avtomobillər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaranır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev "Report"a bildirib ki, yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinə daim diqqət yetirilir və lazımı tədbirlər həyata keçirilir.

"Zərurət olan yerlərdə yollar xüsusi texnika vasitəsilə təchiz ediləcək" - deyə R.Quliyev bildirib. 

Orphus sistemi