Müalicə müəssisəsinə köçürülən əcnəbi kibercinayətkar azadlığa çıxmaq istəyir

Müalicə müəssisəsinə köçürülən əcnəbi kibercinayətkar azadlığa çıxmaq istəyir Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlandığı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Hadisə
15 İyul , 2024 19:08
Müalicə müəssisəsinə köçürülən əcnəbi kibercinayətkar azadlığa çıxmaq istəyir

Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Serb Andrey Borisoviç saxlandığı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

“Report” xəbər verir ki, kibercinayətkar səhhətindəki problemlərlə bağlı vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Müraciətə Nizami rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin mayında yaydıqları birgə məlumata əsasən, müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması məlum olub.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlanılaraq istintaqa cəlb olunub, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, vətəndaşların oğurlanmış təxminən 2 milyon manata yaxın vəsaitinin özlərinə geri qaytarılması təmin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi