DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib, 4 gömrükçü saxlanılıb - EKSKLÜZİV

DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib, 4 gömrükçü saxlanılıb - EKSKLÜZİV Ümrə ziyarətindən geri dönən şəxs Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib
Hadisə
15 Noyabr , 2016 13:32
DTX Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib, 4 gömrükçü saxlanılıb - EKSKLÜZİV

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib.

"Report"un xəbərinə görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.

A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.

Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.

A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi