Bakıda DSK sədri bədbəxt hadisə ilə üzləşib

Hadisə
  • 11 noyabr, 2015
  • 08:07
Bakıda DSK sədri bədbəxt hadisə ilə üzləşib

Bakı. 11 noyabr. REPORT.AZ/ 35 saylı Xətai III Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Hüseynəliyev bədbəxt hadisə ilə üzləşib.

“Report”un xəbərinə görə, o, DSK-da keçirilən iclasdan sonra Seçki Dairəsinin inzibati binasından çıxarkən özünü pis hiss edərək yıxılıb.

İ.Hüseynəliyev “Təcili tibbi yardım” maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkim müayinəsi zamanı DSK sədrinin aldığı xəsarətlərin ciddi olmadığı məlum olub. Ona lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə 35 saylı Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat seçilib. İlkin nəticələrə əsasən, o, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadəni qabaqlayıb.