Diqqət! Bakıda saxta profil satanlar peyda olub

Diqqət! Bakıda saxta profil satanlar peyda olub Sosial şəbəkə istifadəçiləri diqqətli olsun.
Hadisə
17 Avqust , 2020 08:11
Diqqət! Bakıda saxta profil satanlar peyda olub

Sosial şəbəkə istifadəçiləri diqqətli olsun.

Şəbəkələrdə saxta profil satışı ilə məşğul olan şəxslərlə bağlı "Report"a məlumat daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, bu kimi saxtakarlar müxtəlif yollarla əldə etdikləri şəxslərin fərdi məlumatları əsasında saxta profillər yaradaraq onların satışı ilə bağlı müxtəlif sosial şəbəkələrdə elanlar yerləşdirirlər.

Yerləşdirdikləri elanları istifadəçilərə daha da inandırıcı göstərsinlər deyə həmin şəxslərə aid fotolar profillərə qoyulur.
Buna görə isə, müxtəlif məslək sahiblərindən istifadə edilir. Çox vaxt hədəf hərbiçilər olur.

Hərbi qulluqçu Elnur adlı şəxs "İnstagram"da satışda olan Ramin_Günay səhifəsini satın almaq üçün səhifənin sahibi İsmayılov Ramin Musa oğlu ilə 90 AZN qarşılığında razılığa gəlib. Ramin səhifəni rəsmiləşdirmək üçün Elnurdan fərdi məlumatlarını tələb edib və əldə edib.

Səhifəni qarşı tərəfə verəcəyi təqdirdə o isə bundan imtina edib. Bir müddət sonra hərbiçinin fotosu ilə saxta profillər düzəldilərək ayrı-ayrı şəxslərə təklif olunub.

Yaranmış bu insidentlə bağlı hərbiçi 102 zəng mərkəzinə müraciət edib. Problemin araşdırılması üçün ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis bölməsinə həvalə olunub.

Onu da qeyd edək ki, analoji hadisə ilə bağlı daha bir neçə nəfər üzləşib. 

Son xəbərlər

Orphus sistemi