DİN vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb

DİN vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb DİN vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb.
Hadisə
774
25 Yanvar , 2022 15:19
DİN vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report"a bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.

Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi koteqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar: "Hazırki araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də polisin inzibati binalarından qeydiyyatdan çıxarılmamış və ya bu barədə polis orqanlarına məlumat verilməmişdir. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir".

DİN rəsmisi əlavə edib ki, bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır: "Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir".

Son xəbərlər

Orphus sistemi