DİN-dən saçı kəsilən gənclə bağlı daha bir açıqlama: "Foto TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib" - YENİLƏNİB

DİN-dən saçı kəsilən gənclə bağlı daha bir açıqlama: "Foto TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib" - YENİLƏNİB Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.
Hadisə
18 yanvar 2023 12:54
DİN-dən saçı kəsilən gənclə bağlı daha bir açıqlama: Foto TikTokda jeton toplamaq niyyəti ilə çəkilib - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.

"Report"un xəbərinə görə, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib".

14:56

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".

Son xəbərlər

Orphus sistemi