DİN-dən saçı kəsilən gənclə bağlı daha bir açıqlama: "Foto TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib" - YENİLƏNİB
- 18 yanvar, 2023
- 12:54
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.
"Report"un xəbərinə görə, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib".
14:56
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".