AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
- 28 oktyabr, 2026
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib.
"Report" xəbər verir ki, buna I Liqanın VI turunda keçirilmiş "Şahdağ Qusar" – "Səbail" oyunundan sonra "dənizçilər"in rəhbərinin dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və onlara hədə-qorxu gəlməsi səbəb olub.
Bundan əlavə, qarşılaşmanın 85-ci dəqiqəsində "Səbail" azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 600 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra "Səbail" azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə kluba 1500 manat cərimə tətbiq edilib.
Həmçinin "Səbail"in futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə və onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəzalanıb. Bu hadisəyə görə də "Səbail" klubu 3000 manat cərimə ödəyəcək.