DİN: "Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıb"

DİN: "Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıb" Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir.
Hadisə
24 Sentyabr , 2021 11:19
DİN: Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıb

"Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir".

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.

Son xəbərlər

Orphus sistemi