DİN: Azərbaycanda 1.5 milyona yaxın yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb

DİN: Azərbaycanda 1.5 milyona yaxın yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb “Yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb”
Hadisə
8 İyul , 2016 18:18
DİN: Azərbaycanda 1.5 milyona yaxın yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ “Xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər müsbət nəticə verib.”

“Report”un məlumatına görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov qurumun geniş Kollegiya iclasında məruzəsində deyib.

Məruzəçi bildirib ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Nazir müavinin sözlərinə görə, konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə bu ilki hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb: "Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır." 

Son xəbərlər

Orphus sistemi