Daxili Qoşunların Füzulidə minaya düşən hərbi qulluqçularının kimliyi məlum olub

Daxili Qoşunların Füzulidə minaya düşən hərbi qulluqçularının kimliyi məlum olub Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.
Hadisə
28 Noyabr , 2021 14:33
Daxili Qoşunların Füzulidə minaya düşən hərbi qulluqçularının kimliyi məlum olub

Füzulidə minaya düşən DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların adları məlum olub.

"Report" xəbər verir ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Şükürbəyli kəndində piyada əleyhinə minaya hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəllüdlü Murad Məmmədzadədir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

14:25

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb.

“Report” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, hadisə Şükürbəyli kəndində baş verib.

Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi