Daxili Qoşunların Füzulidə minaya düşən hərbi qulluqçularının kimliyi məlum olub

Hadisə
  • 28 noyabr, 2021
  • 10:33
Daxili Qoşunların Füzulidə minaya düşən hərbi qulluqçularının kimliyi məlum olub

Füzulidə minaya düşən DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların adları məlum olub.

"Report" xəbər verir ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Şükürbəyli kəndində piyada əleyhinə minaya hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəllüdlü Murad Məmmədzadədir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

14:25

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb.

“Report” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, hadisə Şükürbəyli kəndində baş verib.

Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti