Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB 

Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB  Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.
Hadisə
6 Mart , 2023 20:42
Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB 

Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonu internetlə təmin edən xətdə yaranmış problem həll edilib.

Qeyd edək ki, güclü külək nəticəsində rayonun bir hissəsində elektrik enerjisinin verilməsində də fasilə yaransa da, artıq yaranmış problem həll edilib və elektrik enerjisinin verilməsi bərpa olunub.

18:10

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.

Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi