Culfada avtomobil təmir sexində yanğın olub
Hadisə
- 03 mart, 2023
- 06:22
Culfa şəhərində avtomobil təmir sexində yanğın olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerinə Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 20 m² olan sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobil tamamilə yanıb.
Yanğına səbəb təmir sexindəki avtomobilin motorxanasında elektrik naqillərində yaranan qısaqapanma olub.
Son xəbərlər
12:19
Bu ilin II rübündə Energetika Nazirliyi 65 icazə verib
Energetika12:13
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
Komanda12:13
Naxçıvanda vergi daxilolmaları 2 %-dən çox artıb
Maliyyə12:10
AFFA prezidenti Rövşən Nəcəf "Sabah", "Qarabağ" və "Zirə"yə uğurlar arzulayıb
Futbol12:08
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Komanda12:06
"Sabah" "Qarabağ"dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb
Futbol12:06
Rusiyanın endirdiyi zərbələr nəticəsində Donetsk vilayətində 12 nəfər yaralanıb
Region12:04
Rusiyanın Belqorod vilayətində Ukraynanın zərbələri nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Region12:03