Cəlilabadda qəzada yaralanan 5 nəfərin kimliyi məlum olub

Cəlilabadda qəzada yaralanan 5 nəfərin kimliyi məlum olub Cəlilabadda qəzada yaralanan şəxslərin kimliyi məlum olub.
Hadisə
16 Oktyabr , 2022 01:20
Cəlilabadda qəzada yaralanan 5 nəfərin kimliyi məlum olub

Cəlilabadda qəzada yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində 5 nəfər yaralanıb.

Bunlar Bakı şəhər sakinləri 2002-ci il təvəllüdlü K.Qasımov, 1999-cu il təvəllüdlü F.Cəfərov, Cəlilabad rayonu Göytəpə şəhər sakinləri 1988-ci il təvəllüdlü S.Müseyibova, 2012-ci il təvəllüdlü X.Müseyibova və 1975-ci il təvəllüdlü G.Vahabovadır.

Faktla bağlı araşdırma aparılır.

00:34

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, qəza Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralılardan birinin vəziyyəti ağır olduğu üçün cərahhi əməliyyat aparılır.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi