Cəlilabadda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 Aprel , 2024 20:03
Cəlilabadda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB

Cəlilabad rayonunun yol qəzasında xəsarət alan şəxslərin durumu açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

2002-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın təpə nahiyəsinin şişkinliyi diaqnozu, 1994-cü il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

18:40

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı minik avtomobilinin "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində iki qadın xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi