Cəlilabadda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB-3

Cəlilabadda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB-3 Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
11 may 2023 18:43
Cəlilabadda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB-3

Cəlilabadda yol qəzasında xəsarət alanlarına son durumu açıqlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yaralılardan 2-si Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Daha 6 yaralı isə ambulator müalicə üçün evə buraxılıblar.

21:57

Cəlilabadda ağır yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. 

"Report"un Muğan bürosunun məlumatına görə, onlar Biləsuvar rayonu Zəhmətabad kənd sakinləridir.

Yaralılar 1974-cü il təvəllüdlü Gülnar Həbibova, 1970-ci il təvəllüdlü Arzu Nəsirova, 1980-ci il təvəllüdlü Aynurə Nəsirova, 2012-ci il təvəllüdlü İ.İsmayıllı, 1988-ci il təvəllüdlü Nahidə Qurbanova, 1981-ci il təvəllüdlü Alimə Qurbanova, 1966-cı il təvəllüdlü Rəhimə Əliyeva və 1973-cü il təvəllüdlü Kəmalə Məhərrəmovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

20:20

Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

"Report"un Muğan bürosunun məlumatına görə, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

19:49

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.

Son xəbərlər

Orphus sistemi