Cəlilabadda tələbə intihar edib - YENİLƏNİB - FOTO

Hadisə
  • 11 iyun, 2022
  • 12:46
Cəlilabadda tələbə intihar edib - YENİLƏNİB - FOTO

Cəlilabad rayonunda intihar edən 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlunun tələbə olduğu məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kursunda oxuyurdu.

Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

12.07

Cəlilabadda 20 yaşlı gənc intihar edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.

Faktla bağlı araşdırma aparılır.