Cəlilabad şəhərinin mərkəzində çirkab suyu küçəyə axıdılır

Cəlilabad şəhərinin mərkəzində çirkab suyu küçəyə axıdılır Cəlilabad şəhərinin Qurtuluş küçəsində çirkab suları küçəyə axır.
Hadisə
28 Mart , 2023 15:42
Cəlilabad şəhərinin mərkəzində çirkab suyu küçəyə axıdılır

Cəlilabad şəhərinin Qurtuluş küçəsində çirkab suyu küçəyə axıdılır.

Bu barədə "Report"un yerli bürosuna sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, artıq bir neçə aydır ərazidəki kanalizasiya xətləri tutulub. Bu səbəbdən də çirkab suyu küçəyə axıdılır. Nəticədə şəhərin mərkəzində antisanitar vəziyyət yaranıb. Belə ki, ərazidə küçə boyu onlarla ticarət obyekti fəaliyyət göstərir. Küçəyə axıdılan da həmin obyektlərin çirkab suyudur.

Məsələ ilə bağlı Cəlilabad Su-kanal İdarəsindən "Report"a bildirilib ki, sözügedən kanalizasiya xətti yağış suları üçün nəzərdə tutulsa da, artıq istismar müddəti başa çatıb.

"Bu səbəbdən şəhərə yeni kanalizasiya xətləri çəkilib. Mövcud problemin aradan qaldırılması üçün ərazidə fəaliyyət göstərən obyektlərin sahibləri aidiyyəti üzrə müraciət edib, texniki şərt almalıdırlar. Bundan sonra yeni abonentlər şəhərə çəkilmiş kanalizasiya xəttinə qoşulacaqlar", - idarədən bildirilib.

Qeyd edək ki, bu küçə həm də köhnə Ələt-Astara magistralının Cəlilabad rayonu istiqamətindən keçən hissəsidir.

Son xəbərlər

Orphus sistemi