Cəlilabad sakinini avtomobil vurub

Cəlilabad sakinini avtomobil vurub Cəlilabad. 28 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda piyadavurma hadisəsi baş verib.
Hadisə
28 Yanvar , 2019 23:10
Cəlilabad sakinini avtomobil vurub

Cəlilabad. 28 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda piyadavurma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun 1955-ci il təvəllüdlü Uzuntəpə kənd sakini Əliyev Tahir Bulud oğlu yaşadığı ərazidə yolu keçmək istəyən zaman onu "Mercedes" markalı avtomobil vurub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərildikdən sonra, müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi