Yuxarı
    Bağlamaq

    Bu il 47 qadın sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib

    Vaqif Əsədov: İndiyədək 200 qadın sürücü onlara tərtib olunan protokolların cəriməsini ödəməyib

    Bakı. 8 mart. REPORT.AZ/ “Biz təhlillər apararkən sükan araxasındakı xanımların da inzibati məsuliyyətə cəlb edilməsinin şahidi oluruq”.

    Bunu “Report”a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

    Onun sözlərinə görə, Bakı şəhəri üzrə qeydə alınan ümumi yol qəza hadisələrində 27 nəfərin yaralanması ilə nəticələnən 19 yol-nəqliyyat hadisəsi qadın sürücülər tərəfindən törədilib: “Bundan başqa, tərtib edilən protokolları təhlil etdikdə spirtli içkinin təsiri altında 47, işıqforun qırmızı işığında 11, manevretmə və yolayrıcının keçmə qaydalarının pozulmasına görə 159, təhlükəsizlik kəmərindən istifadə etməyən 104, polisin qanuni saxlama əmrinə məhəl qoymayan 39 qadın sürücü inzibati məsuliyyətə cəlb edilib”. 

    V.Əsədov deyib ki, indiyədək 200 qadın sürücü onlara tərtib olunan protokolların cəriməsini ödəməyib: "Təyin olunmayan yerlərdən piyada kimi keçən 2 500-dən artıq qadına protokol tərtib olunub". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi