Bozumbayev: Təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edilib

Bozumbayev: Təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edilib Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edib.
Hadisə
28 Dekabr , 2024 17:52
Bozumbayev: Təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edilib

Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edib.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, Azərbaycandan 6, “Embraer” şirkətindən 2, Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3, Rusiya Federasiyasından isə 2 ekspert cəlb olunub.

"Bundan başqa, tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) da ekspert gələcək", - K.Bozumbayev qeyd edib.

"Sabah biz ICAO-nun ekspertini gözləyirik. ICAO-nun rəhbəri şəxsən bizə ekspert göndərib. Ümumilikdə 17 beynəlxalq ekspert işləyəcək. Komissiya heç kimdə hər hansı bir şübhənin yaranmaması üçün şəffaf və açıq şəkildə işləyəcək", - baş nazirin müavini izah edib.

O, həmçinin Qazaxıstana heç bir təzyiqin olmadığını vurğulayıb.

"Biz özümüz müstəqil şəkildə qərar qəbul edirik", - K.Bozumbayev bildirib.

Qeyd edək ki, CENIPA-nın mütəxəssisləri bu gün Aktauya gəliblər.

Son xəbərlər

Orphus sistemi