Biləsuvarda özünü yandırmağa cəhd edən qadın Bakıya təxliyə edilib - YENİLƏNİB

Biləsuvarda özünü yandırmağa cəhd edən qadın Bakıya təxliyə edilib - YENİLƏNİB Bu gün səhər saatlarında Biləsuvarda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.
Hadisə
17 Mart , 2023 21:02
Biləsuvarda özünü yandırmağa cəhd edən qadın Bakıya təxliyə edilib - YENİLƏNİB

Biləsuvarda özünü yandırmağa cəhd edən qadın paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadının müalicəsinin davam etdirilməsi məqsədilə o, paytaxt xəstəxanalarından birinə köçürülüb.

10:57

Bu gün səhər saatlarında Biləsuvarda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadının intihara cəhd etməsinin səbəbi Cinayət Məcəlləsinin 152.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən, məhkəmənin qərarı ilə həbs edilən oğlu, 2000-ci il təvəllüdlü oğlu Babək Babayevin dərhal azadlığa buraxılmasını istəməsi olub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi