Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2 Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb. Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanl
Hadisə
28 İyun , 2024 17:23
Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyən olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar Bakı şəhər sakini, İsmayılzadə Anar Bağış oğlu (1977), Biləsuvar rayonu sakinləri Ağayeva Xatirə Orucəli qızı (1984), Zeynalova Sürmiyə Rafinə qızı (1978), Hüseynova Səyyarə Rahib qızı (1992), Salmanova Mehriban Abdulla qızı (1968), Əliyeva Şəhla Ağasən qızı (1974), Məmmədova Cəmalə Gülağa qızı (1982), Mayılova Safura Zülfüqar qızı (1973), Bayramova Zəhra Elçin qızı (2009), Məmmədova Aygün Gülağa qızı (1984), Quliyev Arif Nadir oğlu (1960), Mustafayeva Aygün Rafiq qızıdır (1991).

Faktla bağlı araşdırmalar davam etdirilir.

16:58

Bu gün saat 15:10 radələrində Biləsuvar rayon Mübariz İbrahimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 12 nəfər (10 nəfəri qadın, 2 nəfəri kişi cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Bu barədə "Report"un Muğan bürosuna TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

16:03

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi