Adil Kərimli Füzulidə vətəndaş qəbulu keçirib

Daxili siyasət
  • 16 oktyabr, 2026
  • 18:50
Adil Kərimli Füzulidə vətəndaş qəbulu keçirib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

A. Kərimli sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

44 - Tezliklə