Bərdədə "KamAZ" minik avtomobili ilə toqquşub, ölən var
Hadisə
- 14 noyabr, 2023
- 04:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, ölən var.
"Report" xəbər verir ki, hadisə Bərdə rayonu, Yeni Daşkənd kəndindən Bərdə-Tərtər yolu istiqamətində qeydə alınıb.
Belə ki, Təhsin Cabbarovun idarə etdiyi "KamAZ 55111" markalı yük avtomobili 1986-cı il təvəllüdlü Elməddin Məhərrəmovun idarə etdiyi "VAZ 2106” markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü E.Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Son xəbərlər
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1