Bərdə sakini qardaşı arvadını balta ilə öldürməkdə şübhəli bilinir - TƏFƏRRÜAT - YENİLƏNİB-2

Bərdə sakini qardaşı arvadını balta ilə öldürməkdə şübhəli bilinir - TƏFƏRRÜAT - YENİLƏNİB-2 Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hadisə
5 Avqust , 2024 10:34
Bərdə sakini qardaşı arvadını balta ilə öldürməkdə şübhəli bilinir - TƏFƏRRÜAT - YENİLƏNİB-2

Bərdədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"-un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub.

Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.

Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

10:30

Bərdə rayon Prokurorluğu qadının qaynı tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Report"a verilən xəbərə görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.

08:57

Bərdədə qətl baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”a verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci il təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi