Bərdədə kişi balta ilə həyat yoldaşını öldürüb, qayınanasını isə yaralayıb - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə kişi balta ilə həyat yoldaşını öldürüb, qayınanasını isə yaralayıb - FOTO - VİDEO - YENİLƏNİB Bərdə rayonunda baş qətlə yetirilən və xəsarət aln şəxslərin adı məlum olub.
Hadisə
2 Mart , 2019 13:57
Bərdədə kişi balta ilə həyat yoldaşını öldürüb, qayınanasını isə yaralayıb - FOTO - VİDEO - YENİLƏNİB

Bərdə rayonunda baş qətlə yetirilən və xəsarət aln şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hələlik adı məlum olmayan kənd sakini qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 14:39

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan kənd sakini arvadını baltalayaraq qətlə yetirib. Qayınanasına isə balta ilə ağır bədən xəsarətləri yetirib. 

Daha sonra həmin şəxs qayınanasının yaşadığı evə od vuraraq yandırıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi