Baş prokurorun birinci müavini helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaqdan danışıb

Baş prokurorun birinci müavini helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaqdan danışıb “Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
Hadisə
20 Dekabr , 2021 12:04
Baş prokurorun birinci müavini helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaqdan danışıb
Elçin Məmmədov

“Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur”.

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunan ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.

O xatırladıb ki, cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən həyata keçirilir:

“Helikopterin qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında peşəkar əməkdaşlar tərəfindən dərhal hadisə yerinə müfəssəl baxışın keçirilməsi təmin olundu. Mühüm bir halı vurğulamaq istərdim ki, helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi, yəni “qara qutu”nun hadisə yerinə baxış zamanı müvafiq texniki və prosessual normalara uyğun olaraq götürülməsi tərəfimizdən həyata keçirilib”.

Son xəbərlər

Orphus sistemi