Baş Prokurorluq iki qardaşın qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluq iki qardaşın qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb Hazırda iş üzrə istintaq davam etdirilir
Hadisə
9 Yanvar , 2015 12:16
Baş Prokurorluq iki qardaşın qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Baş Prokurorluq Bakıda iki qardaşın qətlə yetirilməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən “Report”a bildirilib ki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid, Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb.

Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi