Baş Prokurorluğun rəsmisi: "Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb"

Baş Prokurorluğun rəsmisi: "Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb" Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də "Əsas məsələ" verilişində deyib. İlqar Səfərov bildirib ki: “Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məx
Hadisə
1 Avqust , 2023 09:57
Baş Prokurorluğun rəsmisi: Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb

"Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb".

"Report" xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də "Əsas məsələ" verilişində deyib.

O bildirib ki, Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.

1992-ci il yanvarın 11-də Baş Prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən Baş prokurorluğun rəsmisi tərəfindən hadisə yerininin fotoları təqdim olunub.

Uzun müddət aparılmış istintaq nəticəsində Xaçaturyan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini deyən İ.Səfərov söyləyib ki, 2013-cü ildən V. Xaçaturyan beynəlxalq axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi