Bakı. 26 yanvar. REPORT.AZ/ Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir rayon Polis şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə birgə əməliyyat tədbiri həyata keçirilib.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. T.Hüseynov və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




