Balakəndə dağın ətəyində narkotik plantasiyası salan keçmiş məhkum saxlanılıb

Balakəndə dağın ətəyində narkotik plantasiyası salan keçmiş məhkum saxlanılıb Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı növbəti əməliyyat keçirilib.
Hadisə
193
27 Avqust , 2021 14:35
Balakəndə dağın ətəyində narkotik plantasiyası salan keçmiş məhkum saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisində yerləşən dağların ətəyində çətənə kollarının əkilib-becərilməsi barədə polisə məlumat daxil olub. Ərazi dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada narkotik becərən şəxsin Şəki şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamal Hüseynov olduğu müəyyən edilib. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb və şübhəli şəxs qismində saxlanılıb. Əraziyə baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş , ümumi çəkisi 213 kiloqramdan artıq olan 1103 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək maddi sübut kimi götürülüb.

K.Hüseynov ifadəsində çətənə kollarını 3 ay bundan öncə Şəki şəhərindən gələrək burada becərdiyini və vaxtaşırı qulluq göstərdiyini, məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi