“Baku Steel Company” MMC-də partlayış baş verib, ölən və yaralananlar var
Hadisə
- 16 sentyabr, 2014
- 09:33
Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunun Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində olub.
Nəticədə, sex rəisi Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. MMC-nin işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
“Baku Steel Company” MMC Azərbaycanın qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindəndir. Şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrə ixrac edir. MMC-nin poladəritmə üzrə ümumi istehsal gücü 1.100 000 tondur.
Son xəbərlər
09:40
Hazırda əhali arasında ən çox kəskin respirator virus infeksiyalarına rast gəlinir - RƏSMİ
Digər09:34
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Energetika09:33
Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək
ASK09:30
FHN: Ötən həftə 68 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb
Hadisə09:25
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:24
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında təxirə salınmış iki görüş baş tutacaq
Komanda09:17
Azərbaycan Basketbol Liqasında XI tura start veriləcək
Komanda09:07
Bakıda evdə yanğın olub, bir nəfər ölüb
Hadisə09:06