Bakıda yol qəzasında 50 yaşlı kişinin ayağı sınıb

Hadisə
  • 06 sentyabr, 2023
  • 03:18
Bakıda yol qəzasında 50 yaşlı kişinin ayağı sınıb

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Orucov Səyyar Əliş oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.