Bakıda yol qəzalarında ölən piyadaların sayı açıqlanıb

Bakıda yol qəzalarında ölən piyadaların sayı açıqlanıb Bu il Bakı şəhərində yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb.
Hadisə
20 Dekabr , 2021 10:04
Bakıda yol qəzalarında ölən piyadaların sayı açıqlanıb
0 : 00
0 : 00

Bu il Bakı şəhərində yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli "Report"a bildirib ki, 2021-ci ilin 11 ayı üzrə paytaxt ərazisində yol qəzaların ümumi hadisələrin 268-i piyadavurma olub.

Nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb.

Qeyd edək ki, 2021-ci ilin 11 ayı üzrə paytaxt ərazisində 458 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi