Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Vüqar Rəsulova hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
219
5 May , 2022 11:43
Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Vüqar Rəsulova hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Riad Babayev əvvəllər mübahisə etdiyi 2001-ci il təvəllüdlü Vüqar Rəsulov tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

Faktla bağlı V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi