Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
5 İyul , 2022 09:40
Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü P. Həsənov, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü Orxan Seyidovu çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

P.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi