Bakıda sevgililər qarajda boğularaq ölüb - FOTO

Bakıda sevgililər qarajda boğularaq ölüb - FOTO Oğlanın sentyabrın 7-də toyu olacaqmış
Hadisə
29 Avqust , 2018 16:57
Bakıda sevgililər qarajda boğularaq ölüb - FOTO
Report
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda sevgililər qarajda boğularaq ölüb.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

Belə ki, ötən gecə beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

Avtomobil K.Əhədovaya məxsus olub.

Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlük də məhz maşından çıxan qazdan ölüb.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal rayon Polis idarəsinin əməkdaşları cəlb edilib.

Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi yaxın əlaqədən sonra baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun başqa qızla toy mərasimi olacaqdı.

Son xəbərlər

Orphus sistemi