​Bakıda qadını şantaj edib pul alan şəxsin cinayət işi ibtidai istintaqa qaytarılıb

​Bakıda qadını şantaj edib pul alan şəxsin cinayət işi ibtidai istintaqa qaytarılıb Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Hadisə
20 İyul , 2016 13:48
​Bakıda qadını şantaj edib pul alan şəxsin cinayət işi ibtidai istintaqa qaytarılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Elnur Təmrazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə ötən il baş verib. İmişli rayon sakini, əvvəllər məhkum olunmuş E.Təmrazov Bakı şəhər sakini S.H-ya (qadın, ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib və ondan pul tələb edib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Təmrazov həmin qadından 1200 ABŞ dolları alarkən tutulub.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi