Bakıda nişanlısı ilə mübahisə edən gənc özünü asıb - ƏLAVƏ OLUNUB

Bakıda nişanlısı ilə mübahisə edən gənc özünü asıb - ƏLAVƏ OLUNUB Tural Arazlı sonuncu dəfə nişanlısı ilə mübahisə edib
Hadisə
27 Avqust , 2017 08:27
Bakıda nişanlısı ilə mübahisə edən gənc özünü asıb - ƏLAVƏ OLUNUB

Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda nişanlısı ilə mübahisə edən gənc oğlan özünü asıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Ramana qəsəbəsi "Südçülük" sovxozu kimi tanınan ərazidə yaşayan 1994-cü il təvəllüdlü Arazlı Tural Vüqar oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun qohumlarının verdiyi məlumata görə, Tural Arazlı sonuncu dəfə nişanlısı ilə mübahisə edib. Və o, heç kimə heç nə demədən özünü həyətyanı sahədə asıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Mərhumun ailəsindən isə bildirilib ki, T.Arazlı ilə nişanlısı arasında heç bir mübahisə olmayıb: "Onun intihar etməsinin səbəbini biz də bilmirik. Sadəcə olaraq nişanlısına mesaj yazıb ki, mənim üçün hər şey bitdi. Amma aralarında heç bir mübahisə olmayıb".

Qeyd edək ki, sentyabrın 6-da Tural Arazlının toy mərasimi olacaqdı.

Son xəbərlər

Orphus sistemi