Bakıda koronavirusla bağlı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır

Bakıda koronavirusla bağlı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hadisə
3 Mart , 2020 15:28
Bakıda koronavirusla bağlı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Məlumatda hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi