Bakıda kişi arvadının valideynlərinin evindən qızıl oğurlayıb
Hadisə
- 09 dekabr, 2025
- 17:01
Bakıda oğurluq edən kürəkən saxlanılıb.
"Report" xəbər verir ki, dekabrın 8-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
07:26
Əməliyyatlar başlayandan bəri İsraildə 42 nəfər həlak olub
Digər ölkələr06:27
"Hizbullah" İsrailin hücumlarına qarşılıq verib
Digər ölkələr05:51
Livanda matəm elan olunub
Digər ölkələr05:22
Xəzər dənizində zəlzələ baş verib
Hadisə05:19
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
Region04:51
Pakistanın ABŞ-dəki səfiri: Livanın adı razılaşma mətnində açıq şəkildə qeyd edilib
Region04:33
Tramp: NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi
Digər ölkələr04:14
Tramp NATO Baş katibi Rütte ilə görüşüb
Digər ölkələr03:42