Bakıda gizli fəaliyyət göstərən restoran aşkar edildi

Bakıda gizli fəaliyyət göstərən restoran aşkar edildi Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospekti 174 ünvanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.
Hadisə
842
25 Aprel , 2020 15:21
Bakıda gizli fəaliyyət göstərən restoran aşkar edildi

Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospekti 174 ünvanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda yerləşən “Pink-House” restoranının sahibi Pərviz Hüseynov və obyektin inzibatçısı Seyran Əsgərzadənin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı P.Hüseynov, S.Əsgərzadə və orada olan 8 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və inzibatçı rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 200 və 100 manat məbləğində cərimə edilib. Müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat cərimə olunublar. 

Son xəbərlər

Orphus sistemi