Bakıda Gürcüstan vətəndaşını zorlamağa cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
- 07 fevral, 2019
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda Gürcüstan vətəndaşı olan 1991-ci il təvəlülüdlü Liya Qaradaşvili (ad soyad şərtidir) zorlamağa cəhddə təqsirləndirilən Saleh Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsində baş verib. İşdən evə qayıdan L.Qaradaşvili evlərində fəhlə işləyən S.Quliyevin hücumuna məruz qalıb. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.
S.Quliyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Gürcüstan vətəndaşı olan L.Qaradaşvili 2008-ci ildən Azərbaycanda yaşayır.