Bakıda gənc oğlanı bıçaqla hədələyən şəxslərə hökm oxunub

Bakıda gənc oğlanı bıçaqla hədələyən şəxslərə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Əliyev və 1970-ci il təvəllüdlü İlham Həsənovun cianyət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
16 Dekabr , 2021 12:22
Bakıda gənc oğlanı bıçaqla hədələyən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Əliyev və 1970-ci il təvəllüdlü İlham Həsənovun cianyət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, İ.Həsənov 10 il və V.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, zərərçəkmiş (15 yaşlı oğlan) Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb. Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Gənc oğlan telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş V.Əliyev və İ.Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər.

Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Zərərçəkmişə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Son xəbərlər

Orphus sistemi