Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
- 07 noyabr, 2026
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar.
"Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib.
Mərkəzin məlumatına görə, müvafiq lisenziyalara malik təcrübəli paraşütçülər təxminən 45 metr yüksəklikdə toqquşublar. Onların paraşütləri dolaşıb və düşərkən hər ikisi ağır xəsarətlər alıb.
Zərərçəkənlər Uildomar şəhərindəki tibb mərkəzinə çatdırılsalarda orada ölüblər. Onların adları hələ ki, açıqlanmır.
Bildirilib ki, hər iki qadın paraşüt idmanı üzrə təşkil olunmuş tədbirdə iştirak etmək üçün gedib.
"Skydive Elsinore"da bildirilib ki, avadanlıqlarda hər hansı nasazlıq əlaməti aşkar edilməyib. Mərkəz yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.