Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
27 Oktyabr , 2021 12:24
Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 3 000 ABŞ dollar, antik samovar və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hidayətli, R.Həsənov və əvvəllər məhkum olunmuş T.Zeynalov saxlanılıb.

Bundan başqa, Qaradağ RPİ 10-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki oyun zallarının birindən 5 440 manat dəyərində 8 ədəd prosessor, 2 ədəd monitor və 30 ədəd yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi