Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib

Digər ölkələr
  • 11 oktyabr, 2026
  • 07:35
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib

Birləşmiş Ştatlar Yəmənin "Ənsar Allah" (husilər) qiyamçı hərəkatı ilə əlaqə saxlayır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tennessi ştatından Ağ Evə qayıdarkən Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərlə söhbətində bildirib.

"Bizim husilərlə təmaslarımız qurulub və görək bundan sonra nə olacaq. Amma onların etdikləri çox pis idi", - o, Səudiyyə Ərəbistanına endirilən zərbələri şərh edərkən deyib.

Bununla belə, onun fikrincə, belə hallarda krallığın müdafiə olunmaq hüququ var.

Daha əvvəl Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi bildirib ki, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində bir Amerika vətəndaşı olmaqla, azı 12 nəfər ölüb, 309 nəfər isə yaralanıb.

44 - Tezliklə